31 Dekabr - Dunya Azərbaycanlilarinin Həmrəylik gunu - Azərbaycan millətinin birlik shuarinin simvolik gunudur. Bu bayram ayri-ayri olkələrdə yashayan azərbaycanlilarla əlaqələr qurmaq, onlar arasinda birlik və həmrəylik yaratmaq ishində muhum rol oynayir. Dunya Azərbaycanlilarinin Həmrəylik gununun qeyd edilməsi butun dunya azərbaycanlilari tərəfindən artiq bir zərurətə və mənəvi ehtiyaca cevrilmishdir.
Azərbaycanlilarin yashadiqlari, fəaliyyət gostərdikləri və coxluq təshkil etdikləri Avropa olkələrində bu tendensiya ozunu yuksək səviyyədə gostərir. Bu da ondan irəli gəlir ki, Avropadaki Azərbaycan diaspor təshkilatlari oz quvvələrini səfərbər etməkdə ardicildirlar və bu ayri-ayri cəmiyyət uzvləri ucun bir araya gəlmək, cəmiyyət və qurumlar halinda birləshmək baximindan dunyanin sivil noqtələrindən biri olan Avropada muhum əhəmiyyət kəsb edir.
31 dekabr - Dunya Azərbaycanlilarinin Həmrəylik Gunu bayrami dunyanin 70-dən cox olkəsində azərbaycanlilar tərəfindən qeyd olunur. Həmrəylik gunu Azərbaycan diasporu ucun ən muhum bayrama cevrilib, Yeni il isə ikinci plana kecib. Həmrəylik gununu hətta milliyyətcə azərbaycanli olmayib, lakin Azərbaycanda dogulub boyumush, Azərbaycan əsilli diaspor numayəndələri də qeyd edirlər.